"RF sərhədi (Samara istiqamətində) – Çimkənd, Uralsk, Aqtöbe, Qızılorda" şəhərlərindən avtomobil yolunun 1807 km - 1837 km sahəsinin yenidən qurulması layihəsi
"RF sərhədi (Samara istiqamətində) – Çimkənd, Uralsk, Aqtöbe, Qızılorda" şəhərlərindən avtomobil yolunun 1807 km - 1837 km sahəsinin yenidən qurulması layihəsi
Qazaxıstan Respublikası Mərkəzi Asiyanın ən böyük ölkəsidir. Bu ölkə Qərbi Avropadan və Çin istisna olmaqla cənub-şərq Asiya ölkələrindən 5000 km-dən artıq məsafədə yerləşir. Qazaxıstan Respublikasının həm beynəlxalq, həm yerli yüklərinin (əsasən boru kəmərləri vasitəsilə nəql edilən qaz və neft istisna olmaqla) daşınması əsasən yerüstü nəqliyyatın (avtomobil və dəmiryol) vəziyyətindən asılıdır.
AYK Qızılorda VD tərəfindən verilən “RF sərhədi (Samara istiqamətində) – Çimkənd” avtomobil yolu respublika əhəmiyyətli yoldur və “Qərbi Avropa - Qərbi Çin” tranzit dəhlizinin tərkibinə daxildir.
“RF sərhədi (Samara istiqamətində) – Çimkənd, Uralsk, Aqtöbe, Qızılorda şəhərlərindən” avtomobil yolunun 1807 km - 1837 km sahəsinin yenidən qurulmasına dair layihə-smeta sənədlərinin hazırlanması üçün texniki tapşırığa uyğun olaraq yol I-b və II texniki dərəcəsinə aiddir, 2 və 4 hərəkət zolağı mövcuddur, hərəkət intensivliyi perspektivdə 8828 avt / g təşkil edir. Uzunluğu 30 km olan yolun 1807 km – 1837 km sahəsi Qızılorda şəhərindən keçir.
Layihənin texniki xüsusiyyətləri:
1. PK 12+40 - qovşaq;
2. PK 22+80 - körpü;
3. PK 42+20 - qovşaq;
4. PK 58+05 - körpü;
5. PK 65+15 - qovşaq;
6. PK 72+25 - körpü;
7. PK 73+06 - körpü;
8. PK 104+42 – Sırdərya çayı üzərindən körpü;
9. PK 106+94 – körpü;
10. PK 175+54 – yol ötürücüsü;
11. PK 189+25 - qovşaq.