Bizim Məsuliyyətimiz

Siyasət

  • Sağlamlığın qorunması və əməyi̇n təhlükəsi̇zli̇yi̇ni̇n təmi̇ni̇ sahəsi̇ üzrə si̇yasəti̇

    Tikinti-quraşdırma işlərinin icrası zamanı «EVRASCON» ASC-nin rəhbərliyinin ilk növbədə məqsədi şirkətin işçilərinin gündəlik sağlamlığının qorunmasının və əməyinin təhlükəsizliyinin təmini, bədbəxt hadisələr, insidentlər barədə xəbərdarlıq, eləcə də normal iş şəraitinin yaradılması hesab olunur.

    «EVRASCON» ASC öz işçilərinin, subpodrat şirkətlərinin işçilərinin, eləcə də sifarişçinin və «EVRASCON» ASC tərəfindən yerinə yetirilən tikinti-quraşdırma işlərində bilavasitə iştirak edən digər idarələrin işçilərinin sağlamlığının qorunmasının və əməyinin təhlükəsizliyinin təmininə görə məsuliyyət daşıyır.

    Bu sahədəki təcrübəsinə və prosedurlara əsaslanaraq «EVRASCON» ASC öz işçilərinin, eləcə də şirkətin tikinti və istehsalat fəaliyyətində iştirak edən digər şəxslərin sağlamlığının və təhlükəsiz iş şəraitinin təmini və yaxşılaşdırılması üçün mövcud qanunvericiliyə uğun olaraq bütün lazımi tədbirləri həyata keçirəcək.

    «EVRASCON» ASC tikinti sahəsində işçilər üçün normal iş şəraitinin və onların əməyinin təhlükəsizliyinin təmini üzrə mövcud tikinti standartlarının, norma və qaydalarının tələblərinə ciddi riayət edəcək. «EVRASCON» ASC zədələrin və sağlamlığın pisləşməsinin qarşısının alınması, eyni zamanda SQ və ƏTT sisteminin və SQ və ƏTT sahəsində fəaliyyət göstəricilərinin daim təkmilləşdirilməsi üzrə bütün tədbirləri görəcək.

    Mümkün qəza halları, insidentlərin yaranması və işçilərin fəaliyyəti ilə bağlı risklərin azaldılması, eləcə də sağlamlığın qorunması ilə əlaqədar suallar «EVRASCON» ASC-nin rəhbərliyi üçün prioritet təşkil edir.

    Şirkətin istənilən dərəcəli işçiləri mövcud standart, norma və qaydaların tələblərinə ciddi riayət etməklə «EVRASCON» ASC-də sağlamlığın və əməyin təhlükəsizliyinin qorunması sahəsi üzrə siyasəti daima müdafiə edəcək və həyata keçirəcəkdir.

  • “EVRASCON” ASC-nin ekologi̇ya si̇yasəti̇

    “EVRASCON” ASC istehsalat və tikinti sahəsindəki fəaliyyəti zamanı öz işini elə planlaşdırır və idarə edir ki, ətraf mühitin ekologiyasına təsiri minimum olsun.

    Ekologiya sahəsində həyata keçirdiyi siyasətin əsas istiqamətləri aşağıdakılardır:

    • Körpülərin, yolların, enerji sahələrinin, mülki, sənaye, hidrotexniki və meliorasiya qurğuların tikintisi prosesində ətraf mühitə olan təsirlər müəyyən edilmiş buraxılabilən normativ həddən çox olmamalıdır;
    • Yuxarıda sadalanan istiqamətlər aşağıdakı prinsiplərin həyata keçirilməsi vasitəsilə reallaşacaqdır;
    • Tikinti işlərinin başlanmasından tutmuş obyektin Sifarişçiyə təhvil verilməsinədək tikintinin aparılmasını nizamlayan bütün normativ sənədlərin (İN və Q, DÜİST, SİN və s) tələblərinə mütləq qaydada riayət olunması vasitəsilə;
    • Cəmiyyətin istehsalat və tikinti fəaliyyətinə tətbiq olunan qanunvericilik, normativ və digər tələblərə uyğun olmaq;
    • Tikinti obyektlərində digər maraqlı tərəflərlə ekoloji vəziyyətin yaxşılaşdırılması məsələlərinin müzakirəsi üçün müvafiq müzakirələrin aparılması;
    • Əhəmiyyətli ekoloji aspektləri azaltmaq və onların ətraf mühitə göstərdikləri təsirləri minimuma endirmək;
    • Tikinti obyektlərində və ətraf ərazidə ətraf mühitin çirklənməsinə yol verməmək;
    • Tikinti obyektinin yerləşdiyi ərazidə flora və faunanı qorumaq;
    • Monitorinq və daxili audit sistemlərinin aparılması vasitəsilə İSO 14001 standartının tələblərinə uyğunluğu təmin etmək məqsədilə ekoloji menecment sistemini daim yaxşılaşdırmaq və zəruri səviyyədə saxlamaq;
    • Gələcəkdə inteqrasiyalaşdırılmış sistemin yaxşılaşdırılmasına yönəldilmiş operativ korrektəedici və xəbərdaredici hərəkətlərin tətbiq edilməsi.

    “EVRASCON” ASC-nin rəhbərliyi aşağıdakı məsuliyyətləri öz üzərinə götürür:

    • Cəmiyyətin ekologiya siyasəti ilə bütün əməkdaşları tanış etmək;
    • Yuxarıda sadalanan prinsiplərin həyata keçirilməsi üçün zəruri resurslarla təmin etmək.