Layihələrə qayıt
Offshore işləyi - Azərbaycan
Şahdəniz layihəsi
Layihənin sifarişçisi: BP şirkəti.
“Şahdəniz” sahəsində ümumi mülki tikinti işləri çərçivəsində korporasiya Zığ-3 və Zığ-4 meydançalarında modernləşdirmə işlərini başa çatdırmışdır.
Layihə çərçivəsində “EVRASCON” Korporasiyası tərəfindən torpağa batırma (vurma) üçün unikal vibrasiya maşınından istifadə edilməklə diametri 1720 mm və uzunluğu 29 metr olan paya borularını yanalma körpülərinin özülünə batırmaqla böyük yanalma körpü divarı və metal şpuntun tikintisi həyata keçirilmişdir.
İşlərin texniki xüsusiyyətləri:
- Diametri 1,72 metrədək, uzunluğu 15 metr olan boruşəkilli metal payaların vurulması;
- Yeni yanalma körpü divarının tikintisi;
- Platformanın ayaqları üçün “Strongpoint” dəmir-beton təməllərinin tikintisi.
Tweet
Share
Telegram
WhatsApp