Layihələrə qayıt
Körpülərin tikintisi - Azərbaycan

Samur çayı üzərində körpü

2019-cu ilin dekabr ayında Azərbaycan və Rusiya arasındakı dövlət sərhədində yerləşən SDK buraxılış məntəqəsində Samur çayının üzərində tikilmiş körpünün təntənəli açılış mərasimi keçirilmişdir.

Açılış mərasimində Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev, Dağıstan Respublikasının başçısı Vladimir Vasilyev, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov, Rusiya iqtisadi inkişaf naziri Maksim Oreşkin və Qusar rayonunun icra başçısı Şair Alxasov iştirak edib.

Yeni körpü 1953-57-ci illərdə inşa edilmiş və elə 1957-ci ildə Samur su qovşağının tərkibində istifadəyə verilmiş köhnə körpünü əvəz edib, və hərəkət zamanı yaranan tıxacların azalmasına səbəb olub. Yeni körpü istifadəyə verildikdən sonra köhnə körpü hərəkət üçün bağlandı, və müasir norma və tələblərə cavab vermədiyi üçün yalnız su qovşağının istifadəsi üçün xidməti körpü qismində fəaliyyət göstərməyə başladı.

Rusiya və Azərbaycanın tikinti şirkətləri arasındakı yüksək rəqabətə baxmayaraq, tikintinin yerinə yetirilməsi Avro-Asiya Tikinti Korporasiyası “EVRASCON” şirkətinə həvalə edilib, Samur çayı üzərində avtomobil körpüsünün layihəsi isə ETM “Gidrotransproyekt” MMC tərəfindən hazırlanıb.

Samur çayı üzərindən keçən körpü körpü 5-aşırımlı, kəsilməz, monolit, əvvəlcədən gərginləşdirilmiş konstruksiyadan ibarətdir.

  • Körpünün sxemi - 54 + 3x69 + 54 m;
  • Körpünün ümumi uzunluğu 325.3 m-dir;
  • II texniki dərəcəli avtomobil yolunda nəqliyyatın 2 zolaqlı hərəkət üçün nəzərdə tutulmuş körpünü qabariti Q - 11.5 m-dir;
  • Körpünün ümumi eni = 17.3 m;
  • Körpü R = 600 m radiuslu əyrixətt üzərində yerləşib;
  • Körpü keçidinin uzunluğu yanaşmaları ilə birgə 812.84 m-dir.

Eyni çayın sahilində yaşayan insanların bir araya gəlməsinin təmin edilməsi, həm yerli əhali həm də iqtisadi əməkdaşlıq üçün böyük hadisədir.

Telegram
WhatsApp