Layihələrə qayıt
Yolların tikintisi - Azərbaycan

Böyükşor-Pİrşağı avtomobil yolu

Böyükşor-Pirşağı yeni avtomobil yolunun uzunluğu 12,7 kilometrdir. Yeni yol başlanğıcını Balaxanı qəsəbəsinin ərazisindən (Böyükşor gölü) götürməklə, Digah və Məmmədli qəsəbələrindən keçərək Kürdəxanı və Pirşağı qəsəbələrinə qədər uzanır.

Paytaxtda nəqliyyat axınının tənzimlənməsində böyük rol oynayacaq bu yol 1b texniki dərəcəyə uyğun olaraq ən müasir tələblər səviyyəsində inşa edilib və 6 hərəkət zolağından ibarətdir.

Layihəyə əsasən yolboyu 6 yol ötürücüsü və bir avtomobil keçidi inşa edilib. Bundan başqa, yolboyu 3 yerdə “U” tipli geri dönüş keçidi yaradılıb.

Həm nəqliyyat vasitələrinin, həm də piyadaların ərazidə rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün yeni piyada səkiləri salınıb. Yeni avtomobil yolunun hər iki istiqaməti üzrə velosiped zolaqları salınıb, yolboyu müasir işıqlandırma sistemi quraşdırılıb. Ayırıcı zolaqlarda və yol kənarlarında əlavə abadlıq işləri görülüb. Bundan başqa, müasir tələblər nəzərə alınaraq yolun 3-cü kilometrində elektrik avtomobilləri üçün enerjidoldurma qurğuları quraşdırılıb.

• Yolun ümumi uzunluğu - 12.7 km
• Torpaq yatağının eni - 30.6 m
• Hərəkət zolağının eni - 3.5 m
• Avtomobil yolu 6 hərəkət zolağından ibarətdir
• Yol qovsağı - 3 ədəd
• Körpü - 4 ədəd
• Avtomobil keçidi - 1 ədəd
• Tikintinin başlanma tarixi - 5 noyabr 2023
• Tikintinin tamamlanma tarixi - 7 noyabr 2024

Telegram
WhatsApp