Bizim istehsalımız

Tikinti laboratoriyası

Materialların sınağı və tikinti ekspertizası – müxtəlif növ tikinti işlərinin icrası üçün xammal və material istehsalçısı və təchizatçısı olan tikinti şirkətinin ayrılmaz hissəsidir

Korporasiyamızın laboratoriyası bütün lazımı müasir peşəkar avadanlıqla təchiz olunub və dövlət və dünya standartlarına uyğun sınaq üsullarını tətbiq edir

Keyfiyyətə nəzarət aşağıdakı tikinti materialları üçün həyata keçirilir

- Asfalt-beton
- Dəmir-beton
- Qaynaq işləri
- Rəngləmə işləri
- Svaylar (dirəklər)

Süxur

- Süxurun qranulometrik tərkibi
- Süxurun təbii nəmliyi
- Süxurun sıxlığı
- Süxurun plastikliyi
- Süxurun sürüşməyə qarşı müqaviməti
- Süxurun nisbi çökməsi
- Süxurun nisbi şişməsi
- Süxurun duzluluğu
- Biroxlu sıxılma üsulu ilə süxurun deformasiya xassələrinin müəyyən edilməsi
- Üçoxlu sıxılma üsulu ilə süxurun deformasiya xassələrinin müəyyən edilməsi
- Kompressiya sıxılması üsulu ilə süxurun deformasiya xassələrinin müəyyən edilməsi