Layihələrə qayıt
Yolların tikintisi - Ukrayna

M-05 Kiyev-Odessa və M-06 Kiyev-Çop avtomobil yollarında nəqliyyat qovşaqlarının tikintisi

Hal-hazırda "EVRASCON" ASC şirkəti Ukraynada M-05 Kiyev-Odessa və M-06 Kiyev-Chop magistral yollarında yol qovşaqlarının inşası üzrə işlərin reallaşdırılması üçün müqaviləni həyata keçirməyə başlayır.

Bu layihənin həyata keçirilməsi zamanı aşağıdakı işlərin yerinə yetirilməsi nəzərdə tutulur:

1. d - 1200 mm qazılıb vurulan dəmir-beton svay dayaqlarının inşası (Lot 1. M-05 Kiyev-Odessa: 15 + 390 km);

2. Rostverk və dayaqların inşası (Lot 1. M-05 Kiyev-Odessa: 15 + 390 km);

3. İstinad divarının rostverkinin (dəmir-beton tava) inşası (Lot 1. M-05 Kiyev-Odessa: 15 + 390 km);

4. d - 1200 mm qazılıb vurulan dəmir-beton svay dayaqlarının inşası (Lot 2. M-05 Kiyev-Odessa: 21 + 847 km);

5. Monolit aşırım qurğusu qəlibi, Körpü 2 (Lot 3. M-05 Kiyev-Çop: 21 + 767 km);

6. Aşırım qurğusunun müvəqqəti dayaqları üçün beton plitələrin inşası (Lot 3. M-06 Kiyev-Çop: 21 + 767 km);

7. Körpü 1-də istinad divarlarının inşası (Lot 3. M-06 Kiyev-Çop: 21 + 767 km);

8. Körpü 1-də beton hasarların cilalanması (Lot 3. M-06 Kiyev-Çop: 21 + 767 km).

Telegram
WhatsApp