18.05.2025

Sea Breeze Marina-nın açılışı

Sea Breeze Marina-nın açılışı

18 may tarixində Sea Breeze-də Azərbaycanın ilk özəl Sea Breeze Marin-nın Yaxt Klubunun təntənəli açılışı baş tutdu. 60-dan çox yaxtaya ev sahibliyi edəcək bu yeni körpü Marina Village sahil məhəlləsinin ayrılmaz bir hissəsinə çevrildi.

Evrascon şirkəti Yaxt Klubunun infrastrukturunun tikintisi ilə bağlı bütün işləri uğurla yerinə yetirmişdir, o cümlədən:

▪️ Körpü və sahil qurğularının inşası

▪️ Kater və yaxtalar üçün enmə-qalxma yolunun (Slip) tikintisi

▪️ Mövcud akvatoriyanın genişləndirilməsi üzrə işlər

Evrascon şirkəti bu miqyaslı layihənin bir hissəsi olmaqdan və Azərbaycanın sahilyanı mühəndislik və turizm sahəsinin inkişafına töhfə verməkdən qürur duyur