30.04.2025

“EVRASCON” və “HYDROTRANS ENGINEERING” şirkətlərinin əməkdaşları Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Fəxri Fərmanla təltif olunublar

“EVRASCON” və “HYDROTRANS ENGINEERING” şirkətlərinin əməkdaşları Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Fəxri Fərmanla təltif olunublar

30 aprel 2025-ci il tarixində “EVRASCON” şirkətlər qrupunun əməkdaşları Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ölkənin avtomobil yolları infrastrukturunun inkişafında göstərdikləri xidmətlərə görə Fəxri Fərman ilə təltif olunublar.

Agentliyin İdarə Heyəti sədrinin 112/k saylı, 30.04.2025-ci il tarixli əmrinə əsasən Fəxri Fərmanla təltif edilən əməkdaşlar:
Nəsibov Azər Səməd oğlu – Layihələrin İdarəetmə Departamentinin rəisi, EVRASCON ASC
Qasımov Ziya Nizami oğlu – Layihənin baş mühəndisi, HYDROTRANS ENGINEERING
Yaqubov Nəriman İbrahim oğlu – Avtomobil Yolları və Süni Qurğuların Tikintisi Departamentinin rəisi, EVRASCON ASC

Təltifetmə mərasimi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovun iştirakı ilə Bakı şəhərində keçirilmişdir.

Bu təltiflər əməkdaşlarımızın peşəkarlıq, məsuliyyət və infrastruktur layihələrinin uğurlu icrasında göstərdikləri yüksək xidmətin təsdiqidir