03.08.2025

Sea Breeze-də Marina Venetian Harbour layihəsinin tikintisi davam edir

Sea Breeze-də kurortun müasir dəniz infrastrukturunun bir hissəsi olacaq Marina Venetian Harbour layihəsinin tikintisi davam edir.

Evrascon şirkəti körpülərin və sahil qurğularının tikintisi, qayıq və yaxtalar üçün eniş yerlərinin yaradılması, eləcə də akvatoriyanın genişləndirilməsi və dərinləşdirilməsi işlərini həyata keçirir.

Layihə, dəniz nəqliyyatı üçün rahat dayanacaq və xidmət məkanı, həmçinin sahilboyu istirahət zonası yaratmağı hədəfləyir. Tikinti işləri davam edir.