Göyçay şəhərində Göyçay çayı üzərində körpü

Göyçay şəhərindəki Göyçay körpüsünün üzərindəki körpü Bakı-Gürcüstan sәrhәdinin 215-ci kilometrliyində yerləşir. Göyçay çayı üzərindəki körpü metal konstruksiyalıdır, bir aşırımlıdır, konsollarla birlikdə tir sistemlidir. Dayaqlar arasında aşırım tikilisinin orta hissəsinin uzunluğu L= 54,6 metr və konsollarla birlikdə aşırım tikilisinin uzunluğu L = 76,6 metr təşkil edir. Əsas tirlər arasında məsafə 7,6 metr təşkil edir.Körpünün keçid qabariti Г-11,5 metr, körpünün hər iki tərəfindən piyadalar üçün səkinin hər birinin eni 1,5 metr və körpünün ümumi eni 15,4 metr təşkil edir. Körpü 2003-cü ildə istismara verilmişdir.