Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı

Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı
Liman kompleksinin tikintisi üçün ayrılmış ərazi 400 ha
İşlərin ümumi həcmi və məzmunu
Tikinti işlərinin ümumi həcminə daxildir(təxmini):
1 000 000 m2 sahənin təmizlənməsi ,sökülmə və hazırlıq işləri
100 000 m3 sualtı torpaq qazma işləri
200 000 m3 çalı qazma işləri
500 000 m3 daş müdafiə divarları
4 000 000 m3 ümumi torpaq tökmə işləri
1 000 000 m3 torpağın yaxşılaşdırılması tədbirləri

36 km dəmir yolu rels xətləri ilə bağlı işlər:
Mərkəzi Pirs, 2 ədəd bərə keçidi körpüləri, 2 ədəd istiqamətləndirici Pirs və Giriş körpüsündən ibarət Ferry Terminalı
Servis körpüsü - uzunluğu 420m-dir. Körpü, gəmilərin təmiri və servisi məqsədi daşıyır.
Roro körpüsü - uzunluğu 300m-dir. Burada gəmilər ramp (yamac) hissəsinə yaxınlaşaraq yükləri (maşın, ağır texnika və s.) endirəcəkdir.
Ümumi yüklər körpüsü - akvatoriya hissədə uzunluğu 654m-dir. Baş hissədə divarın uzunluğu 260m nəzərdə tutulur.