Azərbaycanın Sərhəd Qoşunlarının gəmiləri üçün yanalmanın tikintisi

Sifarişçi: Dövlət Sərhəd Xidməti

Türkan qəsəbəsindəki dəniz limanı dəniz sahilinin müdafiəsi üçün əhəmiyyətli limandır.
Limanın akvatoriyasının və gəmilərin dalğalardan qorunması üçün iki qərb və şərq dalğayaqarşı qurğuları tikilib. Dalğayaqarşı qurğular estakada tipli konstruksiyalardan ibarətdir. Onların daxili tərəfi böyük gəmilərin yanaşması üçün xidmət edir. Yanalmalar 2t/m2-dək şaquli yüklərin qəbulu üçün nəzərdə tutulub. Yanalmanın tikinti sahəsi Abşeron yarımadasının cənub sahilində, Türkan qəsəbəsinin qərb istiqamətində 4 km aralıqda yerləşir. Sahildən dənizə 300m məsafəyə və 200 m sahilədək daş bəndi tikilib. Yanalmanın akvatoriyası avtomobil yolunadək 480m tökmə ərazisini əhatə edir.