Taxtakörpüdə su anbarının və HES tikintisi

Sifarişçi:Azerbaycan Respublikası «Meliorasiya və Su Təsərrüfatı» ASC

Bizim korporasiya tərəfindən «Meliorasiya və Su Təsərrüfatı» SC-nin sifarişi ilə bu gün həyata keçirilən ən aktual layihələrdən biri olan, dəyəri bir neçə yüz milyon manat olan, Bakı, Sumqayıt şəhərlərinin və bütün Abşeron yarımadasının su təminatı üçün strateji cəhətdən mühüm olan Taxtakörpü su qovşağının tikintisidir. Əsas məqsəd olan su təminatının təkmilləşdirilməsindən başqa su qovşağının tikintisi eyni zamanda yaxın rayonların əlavə enerji imkanlarını artıracaqdır.

Su qovşağının su anbarı yeni Vəlvələçay-Ceyranbatan kanalının 32-ci km-də, Şabran və Siyəzən rayonlarının ərazisində, Böyük Qafqaz dağ silsiləsinin cənub-şərq başında yerləşir. Yüksəkliklər 50 – 250 m arası dəyişir. Su qovşağının qapısı Şabran-Siyəzən a/yolundan qərb istiqamətində 5 km aralı yerləşir.

Nüvəsi gilli əsaslı və çınqıl-qum prizmalı olan torpaq bəndin qılıc üzrə uzunluğu 1180m, özüldə eni 750m olmaqla layihələndirilib. Bəndin gövdəsinə iyirmi beş milyon kubometrə yaxın qrunt tökülübr. Hündürlüyü 135,5m olan su anbarı 218,9 mln. kubmetr yararlı həcmi tutur (cəmi 268 mln. kubmetr).

Su qovşağının əsas qurğularına torpaq tökmə bəndi, enerji traktı və qəza sutullayıcısı daxildir. Uzunluğu 500m, diametri D=4m, su sərfi 40kub./san. olan d/beton tunel üç aqreqatlı 25MVt-lıq hidravlik elektrik stansiyası binası ilə qurtarır. Həmçinin, 84 kub/san. sərf üçün 0,01% təminatlı, uzunluğu 1000m və sonunda söndürücüsü olan qəza sutullayıcı tikilib.

Tikintinin başlanma tarixi - 2007-ci il