Araz çayının yeni qolunun tikintisi. Baş qurğu

Sifarişçi: Azerbaycan Respublikası «Meliorasiya və Su Təsərrüfatı» ASC

Çayın yeni qolu Araz və Kür çaylarının mövcud məcralarının güclü daşqın müddəti ərzində işinin yüngülləşdirilməsi məqsədi ilə 2010-cu ildə layihələndirilmişdir. Məcra ümumi uzunluğu 130 km, eni trassanın əvvəlində 200 km və 5-ci km-dən sonra 100 m olan torpaq kanalından ibarətdir.

Bu kanala suyun verilməsi Araz çayının sağ sahilində, mövcud Bəhramtəpə hidravlik qurğusunun axımından 800 m hündürlükdə yerləşən baş qurğu vasitəsilə həyata keçiriləcəkdir.

Baş qurğu Q= 700 m3/san. maksimal su sərfinin keçirtməsinə hesablanış 16 aşırımlı açıq tənzimləyici şlüzdan (16x5.0 m) ibarətdir. Bu qurğu ГК-85 5,0х3,5-6 m-lik 16 ədəd sualtı təkərli sürgülərlə və avtomobil körpü-keçidi ilə təmin edilmişdir.

Yeni məcranın digər aşağıda sadalanan suaxıdıcılarla kəsişmə yerlərində bir neçə pilləvari qurğular tikilib:

mövcud Əzizbəyov kanalında ümumi uzunluğu 448 m olan, Q= 70 m3/san. sərf üçün hesablanmış üçgözlü torkret-beton düker 3х (4,0х3,5);
mövcud P-2 kanalında uzunluğu 170 m olan, Q= 8,68 m3/san. sərf üçün hesablanmış ikigözlü metal akveduk 2х D=2000 mm;
ümumi uzunluğu təxminən 125 m olan, Q= 1,0 m3/san. (D= 1200 mm) birləşdirilmiş akveduk.

Tikintinin başlanma tarixi - 2010-cu il

Tikinti müddəti - 1 il