Bakı şəhərində, Koroğlu metro stansiyasının yaxınlığında yerləşən nəqliyyat qovşağının tikintisi

Şirkətimiz tərəfindən həyata keçirilən mürəkkəb layihələrdən biri, MDB ərazisində bənzəri olmayan, Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsində yerləşən yol qovşağıdır.
Yol qovşağı kompleksi aşağıdakılardan ibarətdir:
-9 ədəd körpü,
-Körpü yanaşmaları,
-Ümumi uzunluğu 3145 m olan yol qovşağının tərkib hissəsi olan avtomobil yolları
Sifarişçi Azərbaycan Respublikası Nəqliyyat Nazirliyidir.
Layihənin həyata keçirilməsi 3(üç) kompleksdə nəzərdə tutulmuşdur (3 tikinti mərhələsi).

Tikinti I mərhələsi
3 ədəd yolötürücü, körpüyə yanaşma yolları və ümumi uzunluğu 1286 m olan, Ziya Bünyadov prospektini Heydər Əliyev prospekti ilə və “Hava Limanı – H. Əliyev prospekti” avtomobil yolu ilə birləşdirən yollardan ibarət qovşağın tikintisinin I mərhələsi müvəffəqiyyətlə başa çatdırılmış və 2008-ci ilin sentyabr ayında istismara verilmişdir. Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin dəvəti ilə Moskvanın İMİDİS institutunun mütəxəssisləri yolötürücünü sınaqlardan keçirmiş və konstruksiyanın yüksək keyfiyyətini və etibarlığını qeyd etmişdilər.
Təntənəli açılış mərasimində Prezident İlham Əliyev iştirak etmişdir.

Tikintinin II mərhələsi
Uzunluğu L = 56,0 m olan, parobolik metal tağlardan asılmış yolötürücüdən, o cümlədən, 4 (dörd) ayrı tikilmiş yolötürücülərdən, ümumi uzunluğu 1194 m olan, Heydər Əliyev, Ziya Bünyadov, Qara Qarayev prospektlərini Hava Limanına və Bakıxanov qəsəbəsi istiqamətindəki yollara birləşdirən yanaşmalardan ibarət qovşağın tikintisinin II mərhələsi başa çatdırılmışdır.
Metal tağların arasındakı məsafələr müxtəlifdir və müvafiq olaraq oxların hündürlükləri də müxtəlifdir.
-I- ci tağ: L=68.83; Rox.=27.61
-II-ci tağ: L=65.08m; Rox.=26.12
Qovşağın tikintisinin II mərhələsi 2 iyul 2010-cu il tarixində təhvil verilmişdir. Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin dəvəti ilə Moskvanın İMİDİS institutunun mütəxəssisləri yolötürücünü sınaqlardan keçirdi və konstruksiyanın yüksək keyfiyyətini və etibarlığını qeyd etmişdilər.
Təntənəli açılış mərasimində Prezident İlham Əliyev iştirak etmişdir.

Tikintinin III mərhələsi
Tikintinin III mərhələsi vant konstruksiyalı körpü keçidi və ümumi uzunluğu 665 m olan körpüyə yanaşma yollarından ibarətdir.
Regionda ilk dəfə tikilən iki aşırımlı vant konstruksiyalı körpünün ümumi uzunluğu 360 m-dir, orta dayağın pilonun torpaq səviyyəsindən hündürlüyü 98 m-dir.
Körpü hava limanından 8-ci km, Əhmədli, Günəşli yaşayış massivləri və Zığ dairəsi – Hava limanı magistral avtomobil yolu istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin sərbəst, maneəsiz hərəkətini təmin etmək üçün nəzərdə tutulmuşdur.