Ələt-Astara avtomobil yolunun 55 km-də Kür çayı üzərində körpünün tikintisi

Sifarişçi: Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi

Körpü I dərəcəli Ələt-Astara avtomobil yolunun 55-ci km-də Kür çayı üzərində tikilir. Aşırım qurğusu sonradan gərginləşdirilən monolit dəmir beton tirlərdən ibarətdir. Körpünün aşırım hissəsi simmetrik şəkildə davam edən ölçüsü 50+50+151+50+50 metr olan 5 aşırımdan ibarətdir. Körpünün III aşırımı (orta aşırım) çay üzərində yerləşməklə, uzunluğu 151 m-dir. Bu hissədə aşırım, əlavə olaraq tağvari metal konstruksiyadan kanatlar vasitəsi ilə asılacaqdır.