Kiyev vilayəti ərazisində M-07 Kiyev-Kovel-Yaqodin avtomobil yolunun km 30+600 ÷ km 64+000 hissəsinin əsaslı təmiri

Bu layihədə Kiyev-Kovel-Yaqodin avtomobil yolunun km 30+600 ÷ km 64+000 hissəsinin əsaslı təmiri və km 51+845.08-də Zdvij çayı üzərində yeni körpünün tikintisi nəzərdə tutulmuşdur.
Sifarişçi: “Ukravtodor” Ukrayna Dövlət Avtomobil Yolları Xidməti
Məsləhətçi: İRD Engineering S.R.J.
Layihə üzrə aşağıdakı işlər görülməlidir.
- Uzunluğu L = 33.4 km yolun əsaslı təmiri
- Uzunluğu L = 109.20 m olan körpünün tikintisi
- 34 ədəd müxtəlif ölçülü su borularının tikintisi.