Ukraynada M06 Kiyev-Çop avtomobil yolunun yenidənqurulması və 2 yol qovşağının tikintisi. L=26km

Hazırkı layihə Kiyev-Çop avtomobil yolunun (km 322+500 – km 348+000) bərpasından ibarətdir.
Sifarişçi: Ukrayna Dövlət Avtomobil Yolları Xidməti «Ukravtodor».
Məsləhətçi: Egis Bceom International
Layihəyə km 322+500 və km 340+000-da 2 nəqliyyat qovşağının tikintisi, 2 körpünün və 2 yolötürücünün bərpası, II-ci dərəcəli avtomobil yolunun bərpası – 17,5km və I-ci dərəcəli avtomobil yolunun bərpası – 8,5km daxildir.
1-ci nəqliyyat qovşağı (km 322+500) 2 ədəd yeni yolötürücüsünün, bir ədəd tunelin, 8 ədəd eniş və suaxıdıcı borulardan ibarətdir.
2-ci nəqliyyat qovşağı (km 340+000) bir ədəd yeni yolötürücü, 4 ədəd eniş və suaxıdıcı borulardan ibarətdir.