Vəlvələçay-Taxtakörpü kanalının tikintisi

Bu layihə Azərbaycan Respublikasının Neft Fondu, Səudiyyə İnkişaf Fondu, İslam İnkişaf Bankı və OPEK Fondu tərəfindən maliyyələşdirilir.
Hazırkı kanal özüaxandır və suyu nasos stansiyaları vasitəsilə Ceyranbatan su anbarına verilən Samur-Abşeron Kanalının (SAK) altrenatividir.
Kanalın tikintisinin məqsədi – Bakı, Sumqayıt şəhərləri və Abşeron yarımadasının su təminatının təkmilləşdirilməsi və torpaqların suvarılmasıdır.
Vəlvələçay-Taxtakörpü kanalı suyu baş qurğu vasitəsilə Samur-Abşeron kanalından götürərək Taxtakörpü su anbarına nəql edir.
Kanalın maksimal su sərfi Qmax 75m3/san-dir.
Uzunluğu 31,2km (km 0+000 – km 31+200) olan kanalın layihəsinə ümumi uzunluğu 3500m olan 2 ədəd tunelin, 31 ədəd kanalaltı leysanaxıdanın, 5 ədəd kanalüstü leysanaxıdanın, 10 ədəd körpü keçidinin, 5 ədəd dükerin tikintisi daxildir.

Tikintinin başlanma tarixi – 2007-ci il