Qazaxıstan Respublikası, Aktau limanının bərə terminalının yenidən qurulması (metal qaldırılan körpülər)

Xəzər dənizinin şərq sahilində Aktau şəhərindən 10 kilometr cənubda yerləşən Aktau dəniz limanı Qazaxıstanın əsas limanıdır. Aktau şəhərindən mәrkәzi və şərqi Qazaxıstanla avtomobil yolu, dəmir yolu və hava əlaqəsi var. Bundan əlavə, Dağıstan tipli gəmilər tərəfindən xidmət göstәrilәn Bakı ilə bərə əlaqəsi mövcuddur. Eyni bərələr Bakı-Türkmənbaşı marşrutu ilə fəaliyyət göstәrirlәr.

İşlərin ümumi təsviri
Dənizdə aparılan işlər:
- beton divarlarının təmiri;
- rezin qoruyucunun quraşdırılması;
- rezin qoruyucunun demontajı;
- pirs döşəmələrinin təmiri;
- hasarların, yamacların bərpası.

Perronda aparılan işlər:
- aşırım döşəmələrinin dəyişdirilməsi;
- aşırımlı dəmir yollarının dəyişdirilməsi;
- aşırımların pasdan təmizlənməsi və onların 3 təbəqə ilə yenidən rənglənməsi.

Mərkəzi nəzarət vışkasında aparılan işlər:
- damın, divarların və pillәkәnlәrin təzələnməsi;
- idarәetmә şitlərinin və naviqasiya stansiyalarının dəyişdirilməsi;
- mebel təchizatı.

Qaldırıcı vışkalarla aparılan işlər:
- əks-ağırlıq şaxtalarının hörülməsi;
- daimi nasosların quraşdırılması;
- qaldırıcı trosların dəyişdirilməsi;
- mexaniki avadanlığın demontajı və təmizlənməsi;
- elektrik hissələrin dəyişdirilməsi;
- üst polad və şüşə tikililərdə təmir işləri.

Dəmir yollarında yerüstü işləri:
- əl intiqallarının demontajı və onların elektroavtomatik intiqalla dəyişdirilməsi;
- dəmir yolunun dispetçer otağının təzələnməsi;
- idarəetmə panellərinin, naviqasiya avadanlığının və kommunikasiya kabellərinin təzələnməsi;
- işıqforların təzələnməsi.

Elektrik sahəsində aparılan işlər:
- yeni transformator yarımstansiyasının tikintisi;
- uzunluğu 500 metr olan 6 kVt fider kabelinin çəkilişi;
- 400V-luq paylayıcı kabellərin çəkilməsi.

Layihə 2001-ci ildə istismara verilmişdir.