Aktau limanının genişləndirilməsi

Sifarişçi: "Qazaxıstan Beynəlxalq Dəniz Limanı”

Aktau limanı Qazaxstanın çox əhəmiyyətli strateji obyektidir və gəmiçilik və gəmilərə xidmətetmənin bütün təhlükəsizlik tələblərinə cavab verən Respublikanın yeganə rəqabət edə biləcək dəniz ticarət limanıdır. Aktau limanının genişləndirilmə planı «Qazaxstan 2030» inkişaf strategiyası əsasında işlənib hazırlanmışdır və Xəzər dənizinin Qazaxstan sektorunun istifadə edilməsi və ölkənin sənaye-inovasiya inkişafı dövlət proqramlarının tələblərinə cavab verir.
Limanın genişləndirilməsi üzrə işlər 2008-ci il əvvəlindən başlamışdır. Hazırlıq işlərindən (buraya təşkilat işləri, fəhlələrin, maşın və mexanizmlərin mobilizasiyası daxildir) başqa, limanda görülən iş növlərinə həmçinin torpaq işləri, dağ süxurlarının tökülməsi, daşların qoyulması, akvatoriyanın dibinin müayinə edilməsi, svayların hazırlanması və çalınması və beton işləri daxildir. Faktiki olaraq, bütün tikinti müddətini beş mərhələyə bölmək olar: hazırlıq işləri, müvəqqəti pirsin tikilməsi, dalğaqıranın tikilməsi, müvəqqəti pirsin sökülməsi, işlərin başa çatdırılması.
Tikintinin başlanma tarixi -2008-ci il