Taxtakörpü-Ceyranbatan kanalının tikintisi

Taxtakörpü-Ceyranbatan kanalının tikintisi

Sifarişçi:Azerbaycan Respublikası «Meliorasiya və Su Təsərrüfatı» ASC

Məsləhətçi: Temelsu İnternational Engineering services

Bu layihə Azərbaycan Respublikasının Neft fondu tərəfindən maliyyələşdirilir.

Hazırkı kanal özüaxandır və suyu nasos stansiyaları vasitəsilə Ceyranbatan su anbarına verilən Samur-Abşeron Kanalının (SAK) altrenatividir.

Kanalın tikintisinin məqsədi – Bakı, Sumqayıt şəhərləri və Abşeron yarımadasının su təminatının təkmilləşdirilməsi və torpaqların suvarılmasıdır.

Uzunluğu 110 km (km 0+000 – 110+000) olan kanalın layihəsinə uzunluğu 1340m olan 1 ədəd tunelin, cəmi uzunluğu 14km olan 4 ədəd suaparıcının, 150 ədəd kanalaltı leysanaxıdanın, 50 ədəd kanalüstü leysanaxıdanın, 57 ədəd körpü keçidinin, 12 ədəd dükerin, 2 ədəd akvedukun tikintisi daxildir. Kanalın maksimal su sərfi Qmax 40m3/san-dir.

Tikintinin başlanma tarixi – 2007-ci il

Tikinti müddəti – 4 il