20 yanvar dairəsində yolötürücüsü

Sifarişçi: Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi

Azərbaycanda ilk dəfə bizim korporasiya tərəfindən sonradan gərginləşdirilmiş monolit dəmir-beton aşırım qurğusundan istifadə etməklə yolötürücü tikilmişdir. Yolötürücünün uzunluğu 280m, qabariti Q-2x9,5m-dir.

Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin dəvəti ilə İMİDİS Moskva institutunun mütəxəssisləri yolötürücünün aşırım qurğusunun statik və dinamik sınaqlarını aparmış, yolötürücü həmin sınaqlardan uğurla keçmişdir.

Təntənəli açılış mərasimində prezident İlham Əliyev iştirak etmişdir.

Yerinə yetirilmiş işlər:

B40 sinifli betondan monolit qabaqcadan gərginləşdirilmiş aşırım qurğusu – 4900m3;

B25 sinifli beton – 13564 m3.