«Azərkörpü» ASC körpülər, avtomobil yolları, tunellər, hidrotexniki və meliorasiya qurğuları, energetika obyektləri, limanların tikintisində, neft sahəsinin tikintiləri, sənaye-mülki tikinti, svay özülləri və dərin özüllərin tikintisi, metal konstruksiyaların istehsalı və quraşdırılması sahəsində ixtisaslaşmışdır.

Şirkətin personalı 3000 nəfərdən artıqdır. Onlar həm Azərbaycanda, həm də ölkə xaricində ən məsul tikinti və quraşdırma işlərinin yerinə yetirilməsi üçün cəlb olunan müxtəlif profilli yüksək ixtisaslı mütəxəssislərdir. Şirkətdə cavan kadrların hazırlanması və şirkətin texniki bazasının ən müasir avadanlıqla təmin olunması üzrə fəal işlər aparılır.


Video

Bitmiş layihələr